Türkiyədə Antalya Cumhuriyyət Baş Prokurorluğu tərəfindən 1,5 ildir aparılan FETÖ istintaqında aralarında “Maydonoz Döner” restoranlar şəbəkəsinin də olduğu 353-ə yaxın adam saxlanılıb.
TEZADLAR.AZ Türkiyə KİV-nə istinadən xəbər verir ki, ölkınin daxili işlər naziri Ali Yerlikaya 31 vilayətdə keçirilən Kıskaç-40 əməliyyatlarında 353 şübhəlinin yaxalandığını açıqlayıb.
10 şübhəlinin hamısının ictimai işçi olduğu öyrənilərkən, şübhəlilərin dönər restoranlar şəbəkəsi vasitəsilə FETÖ-nü maliyyələşdirdiyi üzə çıxıb.
Nazir X -də etdiyi paylaşımda bildirib ki, adı çəkilən dönər şəbəkəsinin filialları təşkilata bağlı şəxsləri işlə və pulla təmin etmək üçün istifadə olunub və bu filiallardan ianələr alınırmış. Eyni zamanda, izlənməmək üçün qeyri-rəsmi şəriklər tərəfindən səhmlərin satışından əldə edilən pullar təşkilata bağlı ticarətçilər (zərgərlər və s.) vasitəsilə etibar üsulu ilə köçürülüb.
Şirkətin xaricdə yeni dilerlər verərək genişləndiyi və bununla da xaricdən pul köçürməsinə şərait yaratdığı müəyyən edilib və onlar barəsində prokurorluq tərəfindən araşdırma başlanıb. Axtarışda olan və təşkilatla əlaqəsi olan şəxslər tərəfindən dilerlərdə təşkilati görüşlər keçirilib.
Paylaşımda diqqətə çatdırılıb ki, aparılan araşdırmalarda, aidiyyatı şəxslərin təşkilata sədaqətini artırmaq üçün “qazanılan pulun aidiyyatı şəxslərə paylanması” ilə bağlı göstərişlər verildiyi, şirkət ortaqlığından çıxmaq istəyən şəxslərə “işin mənəvi ölçüsü olduğu, şirkətin təşkilata dəstək vermək üçün qurulduğu və təşkilata bağlı şəxslərə pul göndərmək və təşkilata sadiqliklərini artırmaq kimi vəzifələri olduğu” da deyildiyi müəyyən edilib.
Y.Məmmədli