Əsas məzmuna keç

Tanınmış vəkil də Polad Bülbüloğlunun evliliyindən yazdı

…Bir neçə gündür hörmətli Polad Bülbüloğlunun 81 yaşında üçüncü dəfə ailə qurması barədə müzakirələr gedir… Bu hadisəyə müsbət münasibət göstərən adamlar azdır, şərhlərin çoxu mənfi məzmunludur.

Mən hörmətli Polad müəllimi şəxsən tanımıram, amma ona bir tarixi faktla bağlı böyük hörmətim var. Soydaşlarımızın Qərbi Azərbaycandan deportasiya edildiyi vaxt idi… Moskvada- Kremldə bu məsələnin müzakirəsi idi, iclası Mixail Qorbaçov aparırdı. Hörmətli Polad müəllim həmin iclasda tarixi bir çıxış etdi, M.Qorbaçovu yıxdı sürüdü, ona dedi ki, azərbaycanlıların Ermənistandan qovulması siyasətinin başında Kreml durur.

Bax BU həmin Polad Bülbüloğludur. Qüsurlu düşüncə tərzi olanlar Polad müəllimin Xanım Eteri Cəfərova ilə evlənməsinə bir növ rişxənd ilə baxanlar bu izdivaca çox bəsit bir prizmadan baxırlar. Əvvələn, onlar ikisi də incəsənət adamıdır, ikincisi, canım dostlarım, evlənməyin təyinatı təkcə bir məqsəd daşımır. Bu gün 81 yaşlı Polad müəllimə boyük qayğı lazımdır, mənzil səliqəsi, ləzzətli yeməklər, əyin-baş təmizliyi, yataq təmizliyi, isti bir baxış, yaşamağa çağıran qadın hənirtisi, nəvazişi lazımdır.

Fikrimcə, onları alqışlamaq, Eteri xanım Cəfərovanın seçiminə alqış və sayqılarla yanaşılmalıdır. Mən onları təbrik edirəm, gözaydınlığı verirəm, xoşbəxt olmalarını arzulayıram. Polad Bülbüloğlu nə qədər uzun yaşasa Azərbaycan Mədəniyyətinə bir o qədər xeyirdir, faydalıdır…

İkram Abdullayev,

vəkil

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…