Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyəli məşhur müğənni Tarkanın Dubay və Əbu-Dabidə keçirilməsi planlaşdırılan konsertlərinin taleyi sual altına düşüb.
Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzetinin yazarı Mehmet Üstündağ “Gel Konuşalım” verilişində deyib.
O bildirib ki, bölgədə baş verən son hadisələrə görə sənətçi və komandası 16 və 17 aprel tarixlərində keçirilməsi nəzərdə tutulan konsertləri ləğv etməyi düşünür.
Məlumata görə, konsertlərin ləğv edilməsi bölgənin təhlükəsizliyi ilə bağlı mənfi təsəvvür yarada biləcəyi üçün Dubayın yerli hakimiyyəti tədbirlərin baş tutması üçün danışıqları davam etdirir.
Hələlik konsertlərin taleyi ilə bağlı rəsmi qərar açıqlanmayıb.