TATARÇIOĞLUNUN “QARDAŞLAR” MÜƏSSİSƏSİ DƏ SANİTAR NORMALARI POZUB – FOTO

Oxunma sayı: 396

Bakı şəhəri, Qaradağ rayonu, 28 May küçəsi, ev 23 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Abdurrahman Tatarcıoğluna məxsus “Qardaşlar” unlu qənnadı

məmulatlarının emalı və satışı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (QATA) əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu aşkarlanıb.

TEZADLAR.AZ agentliyə istinadən xəbər verir ki, müəssisənin xammalların qəbulu və saxlanması sahələrində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, qida məhsullarının döşəmədən ara məsafə gözlənilmədən saxlanıldığı, işçi heyətin ilkin və dövri tibbi müayinələrdən keçmədiyi müəyyən edilib.

Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, istehsal dayandırılıb.

Xəbəri paylaş

18 May