Tbilisi şəhər məhkəməsi azərbaycanlı jurnalist Əfqan Sadiqovu inzibati hüquq pozuntusu törətməkdə təqsirli bilib və ona 14 günlük inzibati həbs cəzası kəsib. Tezadlar.az xəbər verir ki, hakim Zviad Tsekvavanın qərarına əsasən, Əfqan Sadıqov 18 oktyabr tarixində Rustaveli prospektinin süni şəkildə bağlanması ilə bağlı Daxili İşlər Nazirliyinin ittihamına görə məsuliyyətə cəlb olunub.
Jurnalist çıxışında belə də deyib: “Mən sonadək gürcü xalqının hüquqlarını müdafiə edirəm. İvanışvili Gürcüstanı diktaturaya doğru aparır. Onunla razılaşan hər kəs diktaturaya dəstək verir. Niyə insanların əleyhinə olan hadisələr araşdırılmır? İvanışvili cəzalandırılmalıdır. Mənə bir il də verə bilərsiniz, amma azadlığa çıxar çıxmaz yenidən aksiyaya qatılacam. Diktaturaya dəstək verməyin! İvanışvili diktatordur!”
Daxili İşlər Nazirliyinin məlumatına görə, 18-19 oktyabr tarixlərində mitinq və aksiyaların keçirilməsi qaydalarının pozulması ilə əlaqədar inzibati qaydada 14 nəfər saxlanılıb, ümumilikdə isə 53 qanun pozuntusu qeydə alınıb. Onlardan 42-si inzibati pozuntu hesab olunur.

