Paytaxt Tbilisidə “Rusiya seçkilərinə yox” şüarı ilə etiraz yürüşü keçirilib. Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, aksiya Tbilisi Dövlət Universitetinin (TSU) birinci korpusunun həyətində başlayıb və iştirakçılar Parlamentin binası qarşısına doğru yürüş ediblər. Etiraz aksiyasında müxalif siyasi partiyaların nümayəndələri, qeyri-hökumət təşkilatları, etiraz aksiyalarında saxlanılan şəxslərin anaları və digər vətəndaşlar iştirak ediblər. Aksiya iştirakçıları 4 oktyabrda keçirilməsi planlaşdırılan bələdiyyə seçkilərini boykot etdiklərini açıqlayıblar. Onların fikrincə, bu seçkilər “Rusiya xüsusi əməliyyatıdır” və eyni zamanda qeyri-legitimdir. Etirazçılar əsas tələbin dəyişməz olaraq qaldığını bildiriblər: azad və ədalətli parlament seçkilərinin keçirilməsi və aksiyalar zamanı saxlanılan şəxslərin azadlığa buraxılması. Etiraz aksiyası səbəbindən Rustaveli prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Tbilisidə “Rusiya seçkilərinə yox” şüarı ilə izdihamlı etiraz yürüşü keçirilib- FOTO






