Namizədə tələblər:
- Jurnalistika üzrə təhsil alan və ya gələcək karyerasını jurnalistika sahəsində qurmaq istəyən digər ixtisaslı tələbələr (II, III və IV kurs);
- İş təcrübəsinə ehtiyac yoxdur;
- Azərbaycan dilinin qrammatik qaydalarını mükəmməl səviyyədə bilmək;
- Office proqramları biliyi;
- İqtisadi və siyasi sahələrdə baza bilikləri olmalı;
- İnternet jurnalistikasının, o cümlədən, xəbərlərin yazılması xüsusiyyətlərini başa düşməli;
- Dünyagörüşə, üslub hissinə, redaktə və ədəbi redaktə bacarığına malik olmalı;
- İnternetdə məlumat axtarışı panellərini tanımalı və onlardan tam istifadə etməyi bacarmalı;
- Jurnalistika işinin təşkili prinsipini anlamalı;
- Aktiv, məqsədyönlü, işini sevən və öyrənməyə hazır olmalı.
Vəzifə öhdəlikləri:
- Saytın Xəbərlər bölməsi üzrə gündəlik yenilənməni təmin etmək;
- Saytın Xəbərlər bölməsindəki sahələr üzrə yerli və xarici informasiya mənbələrinin izlənilməsi;
- Sahələr üzrə məlumatların toplanması, hazırlanması və emalı;
- Zəruri hallarda müsahibələr hazırlamaq;
- Xüsusi araşdırma yazıları hazırlamaq;
- İnformasiya sorğularının tərtib olunması;
- Zəruri hallarda mətbuat konfransında və digər tədbirlərdə iştirak etmək;
- Xəbərlərin düzgün təqdim olunmasına dair tələblərin yerinə yetirilməsi.
İş barədə:
- Məsafədən işləmə;
- Tərəfimizdən təşkil olunan təlimdə iştirak etməli (saytda məlumatların yerləşdirilməsi qaydalarını və məlumat saytları ilə işləmə üsullarını öyrənmək üçün);
- Könüllülük müddəti 6 aydır, əlavə 1 ilə kimi uzadıla bilər;
- Könüllülük müddətinin sonunda sertifikat və könüllü Jurnalist kimi işləmə haqda xasiyyətnamə verilir.
Müraciət etmək istəyən yoldaşlar – tezadlar@gmail.com ünvanına şəxsi və təhsil məlumatlarını müraciətlərini yollaya bilərlər.