Azərbaycanın Qaraqoyunlu dövlətinin hökmdarı Cahan şah tərəfindən aramənilərə 1441-ci ildə hədiyyə edilmiş Eçmiədzin.
(Üç müəzzin)
BAKI – 2019-ci il
Dəyərli oxucu !
Bu kitabçada göstərilən faktlara diqqət yetir !
Mənsub olduğun xalqın, millət səviyyəsinə ucalmağa çalışan türkdilli azəri xalqının taleyində baş verən faciələrə laqeyd qalma !
Yatmış azəri xalqını qəflət yuxusundan oyatmaq qisməti Sənin üzərinə düşüb !
Gəlin elə yaşayaq ki, gələcəkdə övladlarımız Vətənimiz Azərbaycanın sevgisi ilə yaşasınlar və bizləri laqeydliyə görə qınaq hədəfinə çevirməsinlər!
Amin!
TƏKZİBOLUNMAZ HƏQİQƏT
Anadolu yarımadasının şərqində yerləşən və “erməni” tarixçilərinin “Erməni” dağları adlandırdıqları Böyük sıra dağlarının əslində qədim adı tamam başqadır. Tərtib edilmiş xəritələrdə bu ərazinin «Böyük Ermənistan» adlandırılması isə tamamilə yanlışdır. Çünki tarixdə belə bir dövlət olmayıb. “Erməni” mənşəli tarixçilərin beynəlxalq ictimaiyyəti riyakarcasına çaşdıraraq şərqi Anadoluda qədim zamanlarda Böyük “Erməni” dövlətinin mövcud olduğunu, bu dövlətin ərazisindəki sıra dağlarının “Erməni” dağları adlandırıldığını və bu barədə beynəlxalq səviyyədə çoxlu sayda coğrafi və siyasi xəritələrin nəşr edildiyini bildirirlər.
Doğrudur, belə xəritələr tərtib edilərək nəşr olunub. Lakin, qeyd edək ki, bu xəritələr “erməni” tarixçiləri və coğrafiyaşünasları tərəfindən saxtalaşdırılaraq tərtib edilib və heç də həqiqəti əks etdirmir!
Həqiqət isə belədir:
Anadolu yarımadasının şərqində yerləşən Böyük sıra dağlarının vadisi geniş otlaq sahələrinə və axar kiçik çay hövzələrinə malik olmaqla maldarlıq və əkinçilik təsərrüfatı üçün çox əlverişli idi. Bu sıra dağlarının vadisində əkinçiliklə məşğul olanlara, iri və xırda buynuzlu mal-qara otaran yerli türkdilli tayfaların çobanlarına bu vadidə müxtəlif yırtıcı heyvanlar hücum edir, mal-qaranı parçalayır, bir çox hallarda isə mal-qaranı otaran çobanların özləri belə bu hücumların qurbanına çevrilirdilər. Odur ki, mal-qaranı səhər sübh çağı otlağa çıxaran çobanlar və əkin sahələrinə gedən əkinçilər öz yaxınlarına «günəş batana qədər qayıtmasam ara məni» (yəni «axtar məni») deyirdilər. Məhz bu səbəbdən bu sıra dağlarının adı e.ə. minilliklər ərzində el arasında «Ara məni» dağları deyə adlandırılmışdır.
Yunanıstanın şərq çarlıqlarında, xüsusilə Fessaliya və Makedoniyada, həmçinin şimal-şərq ərazisi olan Frakiyada basqınçılıq və qəraətlə məşğul olduqlarına görə yunanlar tərəfindən e.ə. XIII-XII əsrlərdə bir çox hallarda silah gücünə sıxışdırılaraq qovulmuş tayfalar miqrasiya edərək Kiçik Asiyaya köçmüşlər. Kiçik Asiyada isə artıq əsasən əkinçiliklə məşğul olmaqla oturaq həyat tərzi sürən digər tayfalar: friqlər, xettlər, urartlar, luvilər, hürritlər, assurlar, xaldeylər və s. məskunlaşmışdılar. Bu baxımdan Yunanıstandan sıxışdırılıb çıxarılan köçəri həyat tərzi sürən bu tayfaların əksəriyyəti Ara məni sıra dağlarının ətəyində məskunlaşmaq qərarına gəlmişlər. Bu tayfalar arasında hətta qədim Misirdən, Dəclə və Fərat çaylarının vadisindən də miqrasiya nəticəsində köçüb gələn tayfalar da var idi. Ətraf ərazilərdə yaşayan türkdilli tayfalar bu gəlmə tayfaları məskunlaşdıqları coğrafi məkanın adı ilə «aramənilər» deyə adlandırıblar.
Balkanlardan Kiçik Asiyaya köçən tayfalar, xüsusilə kimmer tayfası yolüstü digər tayfaları da özlərinə yol yoldaşı etmişlər. Bu tayfalar çox zaman köçüb gəldikləri ərazilərdə məskunlaşaraq əsrlər boyu burada dərin kök salaraq yaşamışlar.
Anadolu yarımadasının Böyük Ara məni sıra dağlarının vadisində e.ə. 2500-2000-ci illərdə məskunlaşmış hürrit, urart, kimmer, xett, luvi, friq, asur, xaldey və s. onlarla irili-xırdalı tayfalar əsrlər boyu qarşılıqlı surətdə birləşərək təbii surətdə assimilyasiyaya uğramışlar (bu birləşmə prosesində ailə-nigah amilləri də əhəmiyyətli rol oynamışdır) və nəticədə coğrafi məkanın adı ilə araməni adlanan, sonralar isə əsrlər ötdükcə araməni sözü tədricən təhrif olunaraq «erməni» adı ilə əvəzlənmiş bir etnos meydana gəlmişdir. Təsadüfi deyil ki, yüz əsrlər ötməsinə baxmayaraq bu günə kimi “erməni” “erməni”yə «məni» sözünü ixtisara salmaqla «Ara!» (yəni həmyerlim) deyə müraciət edir. Araməni tayfalarının ilk ümumi başçısı rus qafqazşünası U.Şopenin bildirdiyinə görə Paruyr adlı bir şəxs olmuşdur.
Tarixçilərin və etnoqrafların araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, tarixdə “erməni” və ya arime adlı ayrıca bir tayfa olmayıb, əksinə bu etnos onlarla müxtəlif tayfaların birləşməsi nəticəsində meydana gəlmiş, genefonunda riyakarlıq və nekrofiliya olan (yəni qurbanını əzabla öldürməkdən həzz alan) bir etnosdur. Hətta bu etnosun xüsusiyyətləri haqqında mənşəcə “erməni” olan şair Yeqişe Çarens vaxtilə demişdi: «Riyakarlıq biz “erməni”lərdə hələ ana bətnində olarkən yaranır!».
Müasir “erməni”lərin əcdadları Cənubi Qafqaza Avropadan gəlmələrdir. XIX əsrin sonu XX əsrin əvvəllərində rus etnoqrafiya nomenklaturasında coğrafi baxımdan “erməni”lərin Qafqaz məkanına gəlmə etnos olduğu bildirilir. Rus qafqazşünasları açıq-aşkar bildirirlər ki, “erməni”lər Qafqaza gəlmələrdir. Müasir “erməni”lərin e.ə. XIII-XII əsrlərdə Kiçik Asiyaya miqrasiya etmiş çoxsaylı tayfaların törəmələri olduqlarını XIX əsrin tanınmış rus qafqazşünası U.Şopen də bu faktı təsdiqləyir.
Yunan coğrafiyaşünası və səyyahı Strabon (e.ə. I əsr) Qafqazda yaşayan tayfaların adlarını qeyd edərkən tərtib etdiyi siyahıda gürcülərin qədim əcdadları olan iberiyalıları, azərbaycanlıların qədim əcdadları olan albanları, abxazları, çerkesləri, avarları, ləzgiləri aborigen (yerli) tayfalar kimi göstərir.
Bu siyahıda “erməni” adı yoxdur !
(Ardı var)
NURMƏHƏMMƏD AZƏRİ
(Xüsusi olaraq “Təzadlar” üçün)