Əsas məzmuna keç

Təmir işləri səbəbindən qaz verilişi dayandırılır

Sabah Lənkəran rayonunun bəzi qəsəbə və kəndlərində təbii qazın verilişi dayandırılacaq.

Tezadlar.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Lənkəran rayonunun Nərimanabad və Balıqçılar qəsəbələrinin, Üzümçülük kəndinin, həmçinin Liman şəhərinin M. Ə. Rəsulzadə və 28 May küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…