19-cu əsrin ikinci yarısı və 20-ci əsrin əvvəllərində yaşayıb-yaratmış məşhur fransız rəssamı Kamilla Klodelin heykəli Fransada hərracda satılıb.
Tezadlar.az bu barədə “France24”-ə istinadən xəbər verir.
Hərracçı Mathieu Semon itirilən şah əsəri Parisdəki Eyfel qülləsi yaxınlığındakı tərk edilmiş mənzildə tapdığını iddia edir. Məlum olub ki, orada Klodelin “Yetkinlik dövrü” heykəlinin tozdan qorunmaq üçün üzərini parça ilə örtülüb. Heykəlin tapıldığı mənzildə 15 ildir heç kim yaşamır. Semon mənzilin əvvəllər kimə məxsus olduğunu dəqiqləşdirməyib.
Hərracdan əvvəl ekspertlər heykəlin 1,5 milyon avrodan 2 milyon avroya satılacağını gözləyirdilər. Hərrac zamanı lotun qiyməti 3,1 milyon avroya çatıb.
Bundan əvvəl Napoleonun papağının Fontenbleauda hərracda təxminən iki milyon avroya satıldığı bildirilirdi. Bu məbləğ Fransa imperatoru ilə əlaqəli bütün əşyalar kolleksiyası üçün rekorda çevrildi.
ELBAR