Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
FOTO 1/3
Xəbər verdiyimiz kimi, Azərbaycanın Müstəqilliyinin əsas atributu olan üçrəngli bayrağımızı Sovetlər dönəmində- 1957-cı ildə mövcud rejimə etiraz əlaməti olaraq ölkəmizin müstəqilliyi şərəfinə Bakının mərkəzində – Qız Qalasının ən uca yerində dalğalandıran iki fədakarımız olub: Cahid Hilaloğlu və Çingiz Abdullayev!
Qeyd etdiyimiz kimi, Tezadlar.az tariximizin həmin şərəfli səhifələrinə adlarını yazan bu qəhrəmanlarımız barədə geniş material hazırlayır.
Araşdırmalarımız daha bir maraqlı və şok faktı ortaya çıxardıb: Cahid Hilaloğlu 1928- ci ldə Ağdamda (Ağdam qəzası) anadan olmuş, 30 may 1991-ci ildə dünyasını dəyişmişdir. Onun ölüm tarixi barədə isə Mərzili kəndinin dəyərli ziyalılarından olan Vahid Qasımov “Təzadlar”a bildirdi ki, o, 1991-ci ildə Ağdamda avtomobil qəzasında həyatını itirib və Ağdamın Mərzili kəndində dəfn edilib. Vahid bəy Cahid Hilaloğlunun həm də Mərzili kənd Sovetinin, kolxozun sədri, Həmkarlar Komitəsinin rəhbəri olmuş mərhum Həsən Əliyevin dayısı oğlu olduğunu da bildirdi. “Təzadlar”ın reportyorları onun məzar yerini dəqiqləşdirib və V.Qasımov məzarın bəzi fotolarını bizə göndərib(sabah reportyorlarımız əraziyə səfər edəcək).
Xatırlatma: Sovet dövründə milli hərəkatçı, dissident olan Cahid Hilaloğlu 1956-cı ildə Sovet hakimiyyətinə etiraz olaraq üçrəngli bayrağı Qız qalasının üzərində qaldırdığına görə 10 il azadlıqdan məhrum edilmiş, sürgün həyatı yaşamış, sonralar da “KQB”nin təqibinə məruz qalmışdır. Lakin təəssüflər olsun, müstəqilliyimizin dönəmlərində də həm Cavid Hilaloğlunun, həm də Çingiz Abdullayevin barəsində tarix ədəbiyyatımızda heç bir məlumat verilməmişdir… Araşdırmalarımız davam edir…
SONDA: Dəyərli ziyalımız, Akademik Rəfael Hüseynova təşəkkür edirəm ki, 28 may günündə AzTV- nin Mədəniyyət kanalında bayraq mücahidlərinin-görkəmli alim Xudu Məmmədovun, Cahid Hilaloğlu və Çingiz Abdullayevin haqqında olduqca qiymətli, yaddaşımızı təzələyən məlumatlar paylaşmışdır… Həmin videonu da təqdim edirik:
https://www.youtube.com/watch?v=ump0Hcvi-k4&t=20s
Asif MƏRZİLİ