Bakı Apellyasiya Məhkəməsi Bakı İnzibati Məhkəmənin hakimi Orxan Həsənovun qanunsuz və əsassız qərardadına hüquqi qiymət verəcək.
Xəbər verdiyimiz kimi, fevralın 14-də Bakı İnzibati Məhkəməsində «Təzadlar» qəzetinin Dövlət İmtahan Mərkəzinə qarşı inzibati iddiasına baxılmışdır. Məhkəmənin İş№-2-1(112)-17311/2024 saylı, 28.12.2024-cü il tarixli SƏRƏNCAM-ı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sübutlar hakim Orxan Həsənovun icraatına verilmiş, feralın 14-də Azərbaycan Respublikası İPM-nin 47-ci və 49-cu maddələrinə əsasən, iddiaçı “Təzadlar” Qəzeti Redaksiyasının cavabdeh Dövlət İmtahan Mərkəzinə qarşı “İnformasiya sorğusunun cavablandırılması” tələbinə dair iş üzrə iddia ərizəsinə Bakı İnzibati Məhkəmənin hakimi Orxan Həsənovun sədrliyi ilə baxılmışdır.
Hakim iddianın baxılmasının mümkünsüzlüyü barədə (e-2-1(112)-5911/2025 nömrəli iş üzrə) 14.02.2025-ci il tarixdə qanunsuz və əsassız qərardad qəbul etmişdir.
Redaksiya məhkəmənin həmin qanunsuz qərarından apellyasiya şikayəti vermişdir. Artıq Bakı Apellyasiya Məhkəməsi şikayəti icraata götürmüşdür.
Məhkəmənin hazırlıq iclası aprelin 22-nə təyin edilmişdir.