Tokayev və Tramp Oval kabinetdə Netanyahu ilə telefonla  danışıblar – əsas müzakirə mövzusu isə…

Amerika Birləşmiş Şatatlarının (ABŞ) Prezidenti Donald Trampın Oval kabinetində keçirilən görüş zamanı Qazaxıstan, ABŞ prezidentləri və İsrailin Baş naziri Benyamin Netanyahu arasında birgə telefon danışığı aparılıb.

Söhbətin əsas mövzusu Qazaxıstanın İbrahim Sazişlərinə  (Avraam Müqavilələri) qoşulmaq niyyəti olub.

Tezadlar.az akorda-ya istinadən xəbər verir ki, söhbət zamanı  Qazaxıstan Respublikasının dövlət başçısı Kasım Jomart Tokayev ABŞ Prezidenti Donald Trampın bir çoxlarının əlçatmaz hesab etdiyi görkəmli nəticələrə nail olduğunu və Yaxın Şərqdə davamlı sülhün bərqərar olması üçün real şərtlər yaratdığını vurğulayıb.

Qazaxıstan İbrahim Sazişlərinə qoşulmaqla qarşıdurmanın aradan qaldırılmasına, dialoqun təşviqinə və BMT Nizamnaməsinə əsaslanan beynəlxalq hüququn dəstəklənməsinə töhfə verməyə çalışır.

Qazaxıstanın qərarı Qazaxıstanın heç bir dövlətlə ikitərəfli öhdəliklərinə təsir etmir, lakin sülhün və təhlükəsizliyin təşviqinə yönəlmiş çoxtərəfli diplomatiyanın təbii davamı və təzahürüdür.

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan Prezidentinin İbrahim Sazişlərinə qoşulmaq qərarını yüksək qiymətləndirib və bunun digər ölkələri bu təşəbbüsü dəstəkləməyə təşviq edəcəyini qeyd edib.

Tramp telefon danışığından sonra bildirib ki, “Bu, dünyada körpülərin qurulmasında irəliyə doğru atılmış mühüm bir addımdır. Bu gün getdikcə daha çox ölkə mənim İbrahim Sazişlərim vasitəsilə sülh və rifah yolunu tutmağa hazırdır”.

 

JASMİN

Xəbəri paylaş