Əsas məzmuna keç

Tovuzla Gədəbəyi birləşdirən yolun təmirinə 1,5 milyon manat ayrıldı

Tovuzla Gədəbəyi birləşdirən avtomobil yolunun təmirinə 1,5 milyon manat ayrılıb. Tezadlar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, iyirmi bir min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Çatax‒Çeşməli‒Mollalar‒Məşədivəlilər‒Həsənli‒Abbasqulular‒Papaqçılar‒Güvəndik‒Lazılar‒Novosaratovka avtomobil yolunun əsaslı təmiri məqsədilə ilkin olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1,5 milyon manat ayrılıb. Yolun təmirinə tezliklə başlanılacaq.

İnşəllah, tezliklə, Ağdamın Ergi qəsbəsinin yolunun da bəxti açılar!

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…