Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ bütün dünya müharibələrində qalib gəlib.
Tezadlar.az bildirir ki, o, bu açıqlamanı 11 noyabrda Arlington qəbiristanlığında Veteranlar Günü münasibətilə çıxışı zamanı verib.
“Biz Birinci Dünya Müharibəsində qalib gəldik, İkinci Dünya Müharibəsində qalib gəldik. Arada və əvvəlki hər şeyi qazandıq”, – deyə Tramp vurğulayıb.
Ağ Ev rəhbərinin sözlərinə görə, Rusiya, Böyük Britaniya və Fransa da daxil olmaqla bütün ölkələr hər il ABŞ-ın bu müharibələrdəki qələbələrini qeyd edirlər.
2 mayda Amerika lideri 8 mayı ABŞ-da “İkinci Dünya Müharibəsində Qələbə Günü” və 11 noyabrı “Birinci Dünya Müharibəsində Qələbə Günü” elan edib. O, həmçinin qeyd edib ki, guya Vaşinqton İkinci Dünya Müharibəsində qalib gəlmək üçün digər ölkələrdən daha çox iş görüb.
E.ŞİRİNOV