16 Oktyabr 2025 / 08:56

Tramp ABŞ-ın Çinlə ticarət müharibəsi apardığını bəyan edib

ABŞ Çinlə ticarət müharibəsi aparır.

Tezadlar.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.

O, Vaşinqton və Pekin arasında münasibətlərin ticarət müharibəsinə çevrilə biləcəyi ilə bağlı sualı cavablandırarkən, “Hazırda bir yerdəyik” deyib.

Oktyabrın 14-də ABŞ-ın idxal edilən taxta-şalban, mebel və mətbəx şkafları üçün yeni tarifləri qüvvəyə minib və bu, mənzil tikintisi xərclərinin artmasına səbəb olacaq. Bundan əlavə, Çin və ABŞ-ın bir-birinin gəmilərindən alacaqları artan limana giriş haqlarının ilk raunduna start verilib.

Bundan əvvəl Tramp noyabrın 1-dən qüvvədə olan tariflərə əlavə olaraq, Çindən gələn bütün mallara 100% rüsumlar tətbiq ediləcəyini açıqlayıb.

Qərar Pekinin nadir torpaq metallarının hasilatı və emalı texnologiyalarına ixrac nəzarətini tətbiq etməsindən sonra verilib. Bu sektorda Çin qlobal bazarın 70%-nə nəzarət edir.

Daha əvvəl Vens bəyan etmişdi ki, Tramp ticarət müharibələrində Pekindən daha çox təsir rıçaqına malikdir.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!