Əsas məzmuna keç

Tramp: ABŞ ölü ölkədən dünyanın ən isti ölkəsinə çevrilib

Son bir il ərzində ABŞ “ölü ölkədən” “dünyanın ən isti ölkəsinə” çevrilib.

Tezadlar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu 5 noyabrda Amerika Biznes Forumunda bildirib.

“Bir il əvvəl biz ölü ölkə idik. İndi isə dünyanın ən isti ölkəsi hesab olunuruq”, – deyə Amerika lideri qeyd edib.

Daha əvvəl Tramp Rusiya lideri Vladimir Putinin Alyaskada keçirilən görüşdə ABŞ-ı “dünyanın ən isti ölkəsi” adlandırdığını vurğulayıb.

2 noyabrda Ağ Ev rəhbəri Vaşinqton və Moskva arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsində müsbət tendensiyalara diqqət çəkib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…