Əsas məzmuna keç

Tramp Ağ Evin yeni mətbuat katibinin brifinqinin tarixini açıqlad

Ağ Evin yeni mətbuat katibi Keti Zakariya jurnalistlər üçün ilk brifinqini 13 oktyabr çərşənbə axşamı günü keçirəcək.

Tezadlar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu 11 oktyabrda açıqlayıb.

“Keti Zakariyanın sabah, Kolumbus Günündə vəzifəsinin icrasına başlayacağını və çərşənbə axşamı saat 9:30-da Ağ Evin Mətbuat Brifinq Otağında təqdimat mətbuat konfransı keçirəcəyini elan etməkdən məmnunam. Keti əvvəldən mənim ilham mənbəyim olub və o, fantastik iş görəcək!” – deyə Amerika lideri Truth Social-da yazıb.

Tramp bu həftənin əvvəlində Zakariyanın avqustun sonunda vəzifəsindən ayrılan Kerolin Livittin yerinə Ağ Evin yeni mətbuat katibi olacağını təsdiqləyib. Tramp qeyd edib ki, Zakariya Tramp Media və Texnologiya Qrupunun baş kommunikasiya məsləhətçisi kimi “görkəmli nəticələr nümayiş etdirib”.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…