Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Çin ABŞ-dan enerji resursları almağa razılıq verib. Bu barədə Ağ Ev prezidenti Donald Tramp məlumat verib.
Tezadlar.az bildirir ki, ondan “RİA Novosti” sitat gətirib.
Onun sözlərinə görə, bu, Çinin “böyük Alyaska ştatından” neft və qaz əldə etməsini əhatə edən çox genişmiqyaslı bir razılaşmadır. Tramp ABŞ Energetika naziri Kris Rayt, ABŞ Daxili işlər naziri Daq Burqum və Amerika enerji rəsmilərinin tezliklə müvafiq ticarət sazişinin təfərrüatlarını müzakirə etmək üçün görüş keçirəcəklərini bildirib.
Bundan əvvəl Trampın Çinlə qarşıdurmada güzəştə getdiyi bildirilirdi. Xüsusilə, o, Çindən idxal olunan mallara tarifləri on faiz bəndi azaltmışdı. Beləliklə, əvvəllər tarif 57 faiz idisə, indi 47 faizə düşüb.
E.ŞİRİNOV