3 Mart 2026 / 09:55

Tramp buna hazırlaşır: ordu onun əmrini gözləyir! -İRANI NƏ GÖZLƏYİR?

İran ətrafında yaranan gərginliklə bu saata qədər nələr yaşanıb? Tezadlar.az xatırladır ki, “AzadlıqRadiosu” maraqlı şərh və izah hazırlayıb. Beləliklə, məlum olur ki:
“- ABŞ-nin Müdafiə naziri Pit Heqset deyib ki, İrandakı əməliyyatlar sonsuz müharibə olmayacaq və burada məqsəd Tehranın raket, gəmi və digər müdafiə infrastrukturunu dağıtmaqdır:
“Bu, İraq deyil, bu, sonsuz müharibə deyil”;
– Yüzlərlə iranlı Türkiyə ilə sərhədi keçərək ölkəni tərk ediblər. Məlumatı “Reuters” agentliyi yayıb. Agentliyə danışan iranlılardan biri deyib ki, Tehranda qorxu hökm sürür, yanacaqdoldurma məntəqələrində növbələr yaranıb;
– İtaliyanın müdafiə naziri Guido Crosetto parlament komitəsində çıxışı zamanı deyib ki, Fars körfəzinin ərəb ölkələri İtaliyadan İran hücumlarına görə, hava hücumundan müdafiə sistemləri istəyiblər. O, ərəb ölkələrinin İtaliyadan SAMP/T sistemlərini də istədiklərini söyləyib;
– ABŞ-nin bu gün üç F-15 təyyarəsinin vurulma səbəbi bəlli olub. Təyyarələrin Küveytin hava hücumundan müdafiə sistemləri tərəfindən yanlışlıqla vurulduğu CENTCOM tərəfindən açıqlanıb;
– Tramp CNN-ə müsahibəsində “İran xalqına öz ölkələrinə nəzarəti ələ almaları üçün tədbirlər gördüyünü” təsdiqləyib.
Tramp hələlik İrana güclü zərbə vurmadıqlarını və tezliklə böyük dalğanın başlayacağını bildirib”.
Bəs İrandakı mövcud, hələki İsrailin raketlərindən sağ qalmış hakimiyyət üzvləri nə düşünür? Sabah gec, bu gün isə…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!