ABŞ prezidenti Donald Tramp İranla bağlı qərarını çox tezliklə verəcəyinə söz verib.
Tezadlar.az xəbər verir ki, bu barədə o, təyyarəsində jurnalistlərə danışarkən bildirib.
TASS Trampın sözlərindən sitat gətirib: “İranla bağlı qərarı çox yaxında verəcəyik”.
Ağ Evin rəhbəri yarımkeçirici sənaye məhsullarına ticarət tarifləri tətbiq etmək planlarını da açıqlayıb. Onun sözlərinə görə, rüsumlar yaxın həftə ərzində tətbiq olunacaq.
İran və ABŞ arasında dolayı danışıqlar aprelin 12-də Omanın paytaxtı Maskatda baş tutub. Tərəflər Oman Xarici İşlər Nazirliyinin rəhbərinin vasitəçiliyi ilə İranın nüvə proqramı və ABŞ-ın respublikaya qarşı sanksiyalarının ləğvi ilə bağlı hökumətlər arasında fikir mübadiləsi aparıblar.
İran Xarici İşlər Nazirliyi İran və Amerika nümayəndə heyətləri arasında aparılan danışıqları konstruktiv adlandırıb. Öz növbəsində, ABŞ-ı məsləhətləşmələrdə təmsil edən Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff da danışıqları müsbət və konstruktiv qiymətləndirib.
ELBAR