Tramp İranla bağlı son sözünü dedi: “İran dəyişiklik istəyir…”

Bəli, İranda vəziyyət artıq farsca yox, Trampcadır: belə ki, etirazların 13-cü günündə İran İslam Respublikası rejiminin ən böyük qorxusu tam şəkildə özünü göstərdi: iranlılar birləşib və dəyişiklik tələb edir. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin farsdilli “X” səhifəsində bildirilib. “İslam Respublikası rejiminin cavabı isə interneti kəsmək, xalqa qarşı zorakılığa başlamaq və “xarici iğtişaşçıları” ittiham etmək oldu. Lakin həqiqət üzə çıxdı: İslam Respublikası rejimi böyük bəladadır”, – qeyd olunub. Xatırladaq ki, İranın paytaxtı Tehranda və ölkənin digər bölgələrində kütləvi etiraz aksiyaları 13 gündür davam edir. Rejim etirazları yatırtmaq üçün indiyədək 50- dən çox insanın ölümünə, çoxsaylı etirazçıların həbsinə bais olub.

Səbuhi

Xəbəri paylaş