9 Avqust 2026 / 19:46

“Tramp İranla nüvə sazişi olmadan da müharibəni başa çatdıra bilər”

ABŞ Prezidenti Donald Tramp İranla müharibəni nüvə proqramı ilə bağlı saziş əldə olunmadan da başa çatdırmağa hazır ola bilər. Tezadlar.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ administrasiyasındakı adı açıqlanmayan rəsmilərə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Tramp İranın Hörmüz boğazından gəmilərin keçidini tam bərpa etməsinə razılaşacağı təqdirdə Vaşinqtonun müharibədə qələbə qazandığını elan edə bilər.

Məlumata görə, ABŞ İranın nüvə proqramına nəzarəti saxlamaq və Hörmüz boğazında gəmiçiliyi bərpa etmək imkanına malik olarsa, atəşkəs müddəti qeyri-müəyyən müddətə uzadıla və İran limanlarına tətbiq olunan blokada aradan qaldırıla bilər.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyata fevralın 28-də başladığı bildirilir. İyun ayında Vaşinqton və Tehran arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!