Əsas məzmuna keç

Tramp İsrail və Fələstin arasında sülh razılaşması ilə bağlı açıqlama verib

ABŞ prezidenti Donald Tramp Yaxın Şərqlə bağlı danışıqlar apardığını bildirib. O əlavə edib ki, regionda sülh çox yaxındır.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bundan əvvəl Ağ Ev Qəzza münaqişəsinin həlli üçün 20 əsas bənddən ibarət “Tramp planı”nı açıqlamışdı.

“Mən indicə Yaxın Şərqdən olan insanlarla potensial razılaşma haqqında danışdım. Yaxın Şərq üçün sülh çox yaxındır. Bunun (sülh sazişi) şansı çox yüksəkdir”, – ABŞ prezidenti qeyd edib.

Tramp danışıqlarda iştirak etmək üçün yaxın günlərdə Yaxın Şərqə səfər etməyi planlaşdırdığına aydınlıq gətirib.

Bundan əvvəl Amerika lideri Qəzza zolağında və bütövlükdə Yaxın Şərqdə sülhün mümkün olduğuna inandığını bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…