Əsas məzmuna keç

Tramp kasıblayıb?

ABŞ Prezidenti Donald Trampın sərvəti iki ayda 1,1 milyard dollar azalıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Sentyabr ayında rekord səviyyədə olan 7,3 milyard dollardan noyabr ayının sonunda 6,2 milyard dollara düşüb.

ABŞ Prezidenti texnologiya şirkəti “Trump Media”-nın səhm qiymətinin düşməsi səbəbindən sözün əsl mənasında daha da kasıblayıb – onların NASDAQ fond birjasındakı dəyəri son üç ayda 42 faiz azalıb.

Bu arada, 2025-ci ilin əvvəlinə ABŞ Prezidenti Donald Trampın sərvəti ikiqatdan çox artıb. 2024-cü ildə onun ümumi sərvəti 2,3 milyard dollar, 2025-ci ilin əvvəlinə isə Trampın sərvəti 5,1 milyard dollara çatıb. O, bu artıma əsasən kriptovalyutaya sərfəli investisiya sayəsində nail olub. Onun əsas aktivi daşınmaz əmlakdır.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…