ABŞ Hərbi Dəniz Qüvvələrinin ən böyük təyyarədaşıyan gəmisi USS Gerald Ford Karib dənizinə daxil olub və Venesuela sahillərinə yaxınlaşır. Pentaqon bunu təsdiqləyib. Gəminin göyərtəsində qırıcı təyyarələr və hava hücumundan müdafiə sistemləri var.
ABŞ həmçinin Puerto Rikodakı bazalarında hərbi texnika toplayır. Tezadlar.az xarici KİV-ə istinadən xəbər verir ki, bütün bunlar ABŞ Hərbi Dəniz Qüvvələrinin Latın Amerikası ölkələrindən narkotik qaçaqmalçılığı gəmilərinə hücum etdiyi “Cənubi Nizə” əməliyyatının bir hissəsidir. Lakin ABŞ hələ Venesuelanın özündə kartellərə qarşı vəd edilmiş zərbələri endirməyə tələsmir.
“Narkotik qaçaqmalçılığı problemi bizə bunu etməyə imkan verir. Amma biz hələlik bunu edəcəyimizi deməmişik. Bəlkə də hər şeyi daha ətraflı müzakirə edəcəyik, Maduro ilə bəzi danışıqlar aparacağıq və hər şeyin necə olacağını görəcəyik. Onlar danışmaq istəyərlər”, – deyə ABŞ Prezidenti Donald Tramp bildirib.
Diqqətəlayiq haldır ki, ABŞ-ın Karib dənizindəki əməliyyatı Konqresin açıq təsdiqi olmadan həyata keçirilir. Lakin Tramp bildirib ki, onun administrasiyası Venesuela daxilində mümkün hərbi əməliyyatlar üçün heç bir icazə tələb etməyəcək.
Nikolaas Maduro özü ölkəsinə edilən hər hansı bir hücumu hücum kimi qiymətləndirəcəyi və səfərbərlik elan edəcəyi ilə hədələyib.
E.ŞİRİNOV

