Əsas məzmuna keç

Tramp Maduronu ələ keçirmək əməliyyatını “adam oğurluğu” adlandırmağa razılaşıb

ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronu ələ keçirmək əməliyyatının əslində oğurluq olduğuna razılaşdı.

Tezadlar.az xəbər verir ki, “RİA Novosti” agentliyinin məlumatına görə, o, bu barədə jurnalistlərə bildirib.

Amerika lideri mətbuat konfransında “Bu, pis termin deyil” deyib.

Venesuela prezidenti Nikolas Maduro Latın Amerikası ölkəsində hərbi əməliyyat zamanı ABŞ hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun işi üzrə ilk məhkəmə iclası 5 yanvarda baş tutub.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…