Əsas məzmuna keç

Tramp: Mən münaqişəni alovlandırmaq istəmirəm

President Donald Trump addresses a joint session of Congress at the Capitol in Washington, Tuesday, March 4, 2025. (AP Photo/Ben Curtis)

“Ukraynalıların bu raketlərlə nə edəcəkləri, onları hara yönəldəcəkləri məni çox maraqlandırır. Mən müharibəni alovlandırmaq istəmirəm, hər iki tərəfi düşünürəm,heç kim Rusiya‑Ukrayna münaqişəsində yaxşılığa ümid etmir. Bu, dəhşətli faciədir. Bu həftə ərzində 7 mindən çox hərbçinin həlak olması barədə məlumatlar var, təxminən həftəlik 7-8 min itki qeydə alınır”.

Tezadlar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsindən danışan zaman bildirib.

Onun sözlərinə görə, Ukraynaya “Tomahawk” tipli raketlərin verilməsi Rusiyada narahatlıq yaradıb. Prezident Vladimir Putin bu məsələni oktyabrın 2‑də “Valday” Diskussiya Klubundakı çıxışında və oktyabrın 6‑da verdiyi müsahibədə müzakirə edib və belə bir addımın Ağ Evlə Kremlin münasibətlərinə mənfi təsir göstərə biləcəyini söyləyib.

Həmçinin, Kiyevdə bu silahların yaxın zamanda çatdırılacağına şübhə ilə yanaşırlar. Məsələn, hakim partiyanın deputatı Yuri Kamelçuk bildirib ki, raketlər Ukraynaya gəlsə belə, bu, tez baş verməyəcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…