ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin Strateji Silahların Azaldılması Müqaviləsinə (START) dair təklifini dəstəklədiyini bəyan edib.
“Prezident Putin telefon danışığında nüvə sferasından – deeskalasiyadan bəhs etdi. Mən isə bunun əleyhinə deyiləm. Məncə, bu, yaxşı haldır”, – Tramp deyib.
Tezadlar.az-ın məlumatına görə, sentyabrın 22-də Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə görüşü zamanı Putin bəyan edib ki, Rusiya 2026-cı il fevralın 5-dən sonra bir il müddətində START Müqaviləsinin mərkəzi kəmiyyət hədlərinə əməl etməyə davam etməyə hazırdır, lakin ABŞ-ın oxşar şəkildə hərəkət etməsi şərti ilə.
Tramp daha əvvəl Putinin START müqaviləsi ilə bağlı təkliflərini yaxşı ideya adlandırmışdı.
E.ŞİRİNOV







