Əsas məzmuna keç

Tramp qəzəbləndi: Ukrayna və Avropanı ittiham etdi…

Gözlənildiyi kimi, Trampın qəzəbi sərhəd tanımır, o, 28 bəndlik sülh planını Ukraynaya qəbul etdirmək üçün səylərini davam etdirir. Tezadlar.az CNN- Türk-ə istinadla xatırladır ki, ABŞ Prezidenti Donald Tramp bu dəfə Ukrayna və Avropanı ittiham edib. Donald Tramp “Truth Social” hesabında paylaşımında növbəti dəfə Ukrayna–Rusiya müharibəsinin baş verməsinə görə Co Bayden administrasiyasını ittiham edib.

ABŞ Prezidenti qeyd edib ki, güclü və düzgün liderlik olsaydı, Ukrayna müharibəsi baş verməzdi. Donald Tramp 2020-ci ildə ABŞ-da prezident seçkilərinin “saxtalaşdırıldığını” iddia edərək, bu səbəbdən Rusiya Prezidenti Vladimir Putinin hücuma keçmək üçün fürsət tapdığını vurğulayıb: “Mənim prezidentlik dövrümdə belə bir təhlükə belə yox idi, Putin heç vaxt hücum etməzdi. Putin Co Baydeni görəndən sonra ‘bu, mənim şansımdır’ dedi”.

Beləliklə, Ukrayna ABŞ- la Avropanın arasında qalıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…