Əgər Rusiyanı atəşkəslə razılaşmağa inandırmaq mümkün olmasa, Ukraynada münaqişə davam edəcək.
Tezadlar.az “RİA Novosti”-yğ istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
“Əgər biz Rusiyanı atəşkəsə inandıra bilsək, bu, əla olar. Əks halda, müharibə davam edəcək…”, – deyə Amerika lideri bildirib.
Qeyd edək ki, martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqlar olub. Görüşdən sonra Ukrayna ABŞ-ın 30 günlük atəşkəs rejiminin tətbiqi təklifini qəbul etməyə hazır olduğunu bildirib. Vaşinqton bu məlumatı Moskvaya çatdıracaq və izah edəcək ki, sülhə nail olmağın açarı bu məsələdə “qarşılıqlılıq”dır.
Rusiya prezidenti Vladimir Putin isə bəyan edib ki, Ukrayna Qərb tərəfdaşlarından sponsorluq pulu və sursat almağı dayandırarsa, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı iki aya başa çata bilər.
ELBAR