Donald Tramp Rusiyanın tərəfdaş ölkələrinə qarşı sanksiyaların, həm də ən sərtinin tətbiq olunacağını açıqlayıb.
TEZADLAR.AZ xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiyanın əməkdaşlıq etdiyi ölkələrə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı qanun layihəsini dəstəklədiyini bildirib.
Bu qanun layihəsi ABŞ Konqresinin üzvləri tərəfindən irəli sürülür və Trampın sözlərinə görə, hələ də hazırlıq mərhələsindədir.
“Bildiyiniz kimi, mən bunu təklif etdim, ona görə də Rusiya ilə işgüzar biznes münasibətləri quran hər hansı bir ölkə çox sərt sanksiyalara məruz qalacaq.”
— Donald Tramp
Tramp, həmçinin İranın da bu siyahıya daxil edilə biləcəyini də dəqiqləşdirib.
JASMİN

