Tramp Rusiya və Ukraynanın sülhə nail olmaq istəyini açıqlayıb

Oxunma sayı: 22

ABŞ prezidenti Donald Tramp “Newsmax” telekanalında Rusiya və Ukraynanın münaqişəyə son qoymaq istəyini açıqlayıb.

“Düşünürəm ki, Rusiya bunun sona çatmasını istərdi. Və mən hesab edirəm ki, Ukrayna Prezidenti Vladimir Zelenski bunun bitməsini istərdi”, – Amerika lideri vurğulayıb.

Bundan əvvəl Rusiya ilə ABŞ arasında Ər-Riyadda danışıqların 12 saatdan çox davam etdiyi məlum olub. ABŞ Dövlət Departamentinin sözçüsü Tammi Bryus bildirib ki, tərəflərin danışıqları Qara dənizdə dinc ticarət fəaliyyətinin bərpasına yönəlib. O, həmçinin vurğulayıb ki, Moskva və Kiyev “tam atəşkəsə indiki qədər yaxın olmayıblar”.

Martın 25-də bir qrup amerikalı senatorun ABŞ prezident administrasiyasını Rusiyaya dondurulmuş aktivlərini Ukraynaya verməyə çağırdığı bildirilib.

ELBAR

Xəbəri paylaş

18 Aprel