Birləşmiş Ştatlar Rusiya Ukraynadakı münaqişəyə son qoymağa razı olmasa, ona “əhəmiyyətli tariflər” tətbiq etməyə hazırdır.
Tezadlar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı deyib.
“Əgər Rusiya münaqişəni dayandırmaq üçün razılığa gəlməyə hazır deyilsə, o zaman ABŞ çox əhəmiyyətli tariflər tətbiq etməyə tam hazırdır və inanıram ki, bu, qan tökülməsinə çox tez son qoyacaq”, – o deyib
Tramp həmçinin, effektivliyini təmin etmək üçün Avropa ölkələrini ABŞ-ın Rusiyaya qarşı mümkün tariflərinə qoşulmağa çağırıb.
E.ŞİRİNOV







