ABŞ prezidenti Donald Tramp martın 18-də Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparacaq.
Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilir ki, Rusiya prezidenti Donald Trampla söhbət zamanı ərazilər və Zaporojye AES-ə nəzarət məsələsini gündəmə gətirməyi planlaşdırır.
“Tramp çərşənbə axşamı Rusiya prezidenti Putinlə danışacağını deyib”, – “Reuters” xəbər verir.
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, o, Moskvaya səfərini və dövlət başçısı ilə Rusiya lideri Vladimir Putinlə söhbətini müzakirə edib. Ağ Ev rəhbəri Ukraynadakı münaqişənin “həftələr ərzində” həllini gözləyir. O, əmin edib ki, bütün tərəflər – həm Rusiya, həm də Ukrayna bu problemi həll etmək istəyir. Uitkoffun sözlərinə görə, Moskva və Kiyev sazişlərin detallarını müzakirə etməyə hazırdır.
Lakin o, əvvəllər əmin etmişdi ki, Ukrayna ərazisində münaqişənin həlli Kiyevin bəzi ərazilərdən imtinası ilə müşayiət olunacaq, yalnız bu yolla onlar təhlükəsizlik zəmanəti ala biləcəklər.
ELBAR