12 Yanvar 2026 / 17:51

Tramp Şimali Atlantika Alyansını xilas etdiyini iddia edir

ABŞ prezidenti Donald Tramp TruthSocial sosial media platformasında özünü Şimali Atlantika Alyansını xilas edən hesab etdiyini yazıb.

“NATO-nu xilas edən mənəm!!!” deyə bəyan edib.

Tezadlar.az xəbər verir ki, əvvəllər Amerika lideri ölkəyə rəhbərlik etməsəydi, NATO-nun mövcud olmayacağını demişdi.

Bir gün əvvəl Britaniyanın “The Guardian” qəzeti Trampın Qrenlandiyanı ələ keçirməklə bağlı təhdidlərinin SSRİ-nin Macarıstan və Çexoslovakiyaya hücum etdiyi Soyuq Müharibəni xatırlatdığını yazmışdı. Məqalədə qeyd olunur ki, bu, Varşava Paktının dağılmasına səbəb olmuşdu və indi Ağ Evin hərəkətləri NATO-nun dağılmasını təhdid edir. Jurnalistlər hesab edirlər ki, ABŞ Varşava Paktının taleyindən “bir neçə dərs” çıxarmalı və onu təkrarlamamalıdır.

2026-cı ilin yanvar ayında Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ-ın Qrenlandiyaya hücum edəcəyi təqdirdə NATO-nun “sonu” olacağı barədə xəbərdarlıq etmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!