Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevə bir neçə hədiyyə göndərib.
Tezadlar.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin köməkçisi və mətbuat katibi Ruslan Jeldibay məlumat verib.
Onun sözlərinə görə, etimadnamələrin təqdim edilməsindən sonra ABŞ Prezidenti Donald Tramp Qazaxıstan səfiri Maqjan İlyasovla qısa söhbət zaman bu ilin noyabr ayında Oval Ofisdə Kasım-Jomart Tokayevlə görüşü ilə bağlı təəssüratlarını bölüşüb.
“Amerika lideri Qazaxıstan Prezidentinə xoş arzularını çatdırıb, hörmətini vurğulayıb və onu “gözəl insan və beynəlxalq məsələləri dərin və balanslı şəkildə anlayan təcrübəli dövlət xadimi” kimi təsvir edib. ABŞ Prezidenti, həmçinin Qasım-Jomart Tokayevə Ağ Evin simvolik açarı və imzası olan beysbol papağı da daxil olmaqla bir neçə hədiyyə göndərib”, – deyə Ruslan Jeldibay Telegram-da yazıb.
JASMİN