“Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin başa çatdırılması üçün zəruri olan siyasi iradəni nümayiş etdirmir”. Tezadlar.az “RİA Novosti”yə istinadla bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Ukraynanın yeni lider seçməsinin vaxtının çatdığına dair fikirlərini şərh edərkən bildirib. Peskovun sözlərinə görə, münaqişəyə son qoyulması üçün Zelenski çətin və məsuliyyətli qərarlar qəbul etməlidir. Lakin Kreml rəsmisi hesab edir ki, Ukrayna Prezidenti hələlik bu məsuliyyəti öz üzərinə götürməyə hazır deyil.
Belə çıxır ki, Zelenski Rusiyanın işğalçılığı ilə razılaşıb Ukrayna ərazisinin ələ keçirilməsinə razılıq verməlidir?
Səbuhi






