Tramp ukraynalıların paradoksal reaksiyası ilə üzləşdi – “Bloomberg”

ABŞ Zelenskiyə nə qədər çox təzyiq edirsə, bir o qədər ukraynalılar öz prezidentinin tərəfindədirlər

ABŞ prezidenti Donald Trampın administrasiyası Vladimir Zelenskiyə Ukraynaya yardım göstərmək üçün maneə kimi baxdığını açıq şəkildə bildirib, lakin ukraynalıların paradoksal müqaviməti ilə üzləşib.

Tezadlar.az xəbər verir ki, “Bloomberg”-ə görə, ABŞ-ın Zelenskiyə qarşı siyasi hücumları cümə günü Ağ Evdə baş verən mübahisədən sonra güclənib. Həmin vaxt Tramp və vitse-prezident J.D.Vens Zelenskinin hərəkətlərini hörmətsizlik adlandırıb və Rusiya ilə atəşkəsə maneənin Moskvanın təcavüzü deyil, onun barışmaz olması olduğunu irəli sürüblər.

“Tramp və Vens üçün paradoks ondan ibarətdir ki, onlar Zelenskiyə nə qədər çox təzyiq etsələr, bir o qədər ukraynalılar öz prezidentlərinin tərəfini tuturlar. Bu, Oval Ofisin fiaskosundan dərhal sonra Kiyev küçələrində səslənən dinamikdir”, – nəşr yazır.

52 yaşlı fotoqraf Vladislav Musienko “Tramp hamımızı alçaltmaq istəyirdi… Zelenskiyə səs verməsəm də, bu tamaşadan sonra prezidentə şəxsi dəstəyim artdı” deyib.

Ukrayna silahlı qüvvələrinin başçısı general Aleksandr Sırski də prezidenti dəstəklədiyini bildirib və bildirib ki, hərbçilər “Ali Baş Komandanla birlikdə”dir.

Başqa bir sual budur ki, insanlar nə vaxta qədər belə gərgin şəraitdə birləşəcək, – “Bloomberg” qeyd edir.

Cəbhədə sabitlik olsa da, canlı qüvvə və silah baxımından ruslar üstündür. Nəşrin mənbələrinə görə, ruslar informasiya sferasına da təzyiqləri artırır, hərbi dairələrdə, ordu ilə cəmiyyət arasında, Ukrayna və onun tərəfdaşları arasında parçalanma yaradır.

Eyni zamanda, mümkün sülh sazişini bir çox ukraynalılar üçün qəbul etmək çətin olacaq və bu, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, siyasi nöqteyi-nəzərdən potensial təhlükəli olacaq.

“İctimai əhval-ruhiyyə onu deməyə əsas verir ki, hətta prezidentin dəyişməsi də Tramp üçün daha əlverişli liderin meydana çıxmasına və onun Rusiya ilə münasibətləri tez bir zamanda normallaşdırmaq planlarına səbəb olmayacaq”, – nəşr qeyd edir.

Beləliklə, “Reytinq” qrupunun sorğusuna əsasən, ukraynalıların təqribən 83%-i atəşkəsə yalnız təhlükəsizlik zəmanəti verildiyi təqdirdə razılaşacaqlarını bildiriblər. Yalnız 2%-i qeyd-şərtsiz atəşkəslə razılaşacaq.

Tramp və Zelenski arasındakı mübahisənin nəticələri

CNN yazıb ki, konfliktdən sonra Zelenski ya Amerika lideri Donald Trampla mübahisədən sonra yaranmış parçalanmanı sehrli şəkildə “sağaltmalı”, Amerikasız birtəhər sağ qalmalı, ya da kənara çəkilib başqasının cəhd etməsinə icazə verməlidir.

Respublikaçı senator Lindsi Qrem də Ağ Evdəki qalmaqaldan sonra Ukrayna prezidentinin istefaya getməli olduğunu bildirib. Bunun üçün Zelenski qeyd edib ki, Ukrayna prezidentinin istefası ilə bağlı qərarı Ukrayna xalqı verməlidir.

ELBAR

Xəbəri paylaş

Xəbər lenti