Tramp Ukraynanın bombardman edilməsini pisləyib

Oxunma sayı: 213

Vaşinqton Rusiya Silahlı Qüvvələrinin Ukraynanı “bombalamasını” dayandırmasını istəyir.

Bunu ABŞ Prezidenti Donald Tramp Air Force One təyyarəsində jurnalistlərə açıqlamasında deyib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

“Rusiya ilə danışırıq, bunun dayandırılmasını istərdik. Mən bombardmanları sevmirəm. Bombalama davam edir”, – Tramp deyib.

Amerika prezidenti bir daha münaqişədə böyük itkilərə işarə edib və bir daha bildirib ki, o, əvvəllər prezident olsaydı, bunun qarşısını almaq olardı.

ELBAR

Xəbəri paylaş

24 May