ABŞ prezidenti Donald Trampın administrasiyası hərbi əməliyyatlara son qoymaq üçün danışıqlardan əvvəl dəstəyi məhdudlaşdırmaqla Ukraynanı çətin vəziyyətə salıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb.
“Ukrayna çətin döyüş mühiti ilə üzləşsə də, Tramp administrasiyası vəziyyəti xeyli çətinləşdirir və Ukraynanın danışıqlarda təsir rıçaqlarını zəiflədir”, – nəşr yazır.
Nəşr buna kömək edən amillər kimi Kiyevə mineralların tədarükü ilə bağlı saziş imzalamaq üçün təzyiqi, həmçinin Vaşinqtonun Ukraynanın avropalı tərəfdaşlarını sülh prosesindən kənarda qoymasını göstərir.
Daha əvvəl Tramp demişdi ki, “ərazilərin bölünməsi” və Ukraynada tam atəşkəs məsələsi üzrə danışıqlar “hazırda” gedir.
ELBAR