3 Noyabr 2025 / 09:36

Tramp Ukraynaya “Tomahawk” raketlərinin verilməsi ilə bağlı şərh verdi

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynaya Tomahawk raketlərinin verilməsini nəzərdən keçirmir.

Tezadlar.az bildirir ki, o, bu şərhi Amerika mediasına verib.

“Xeyr, əslində yox”, – Tramp məsələ ilə bağlı suala cavab verərək mövqeyini dəyişə biləcəyini, lakin “hazırda bunu etmədiyini” açıqlayıb.

Tramp həmçinin xaricdəki dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı müzakirələrdəki roluna toxunub. O, bu müzakirələrdə iştirak etmədiyini bildirib.

Daha əvvəl CNN Amerika “Tomahawk” raketlərinin Ukraynaya çatdırılmasını təsdiqləyən Pentaqonun qərarı barədə məlumat vermişdi. Bildirilirdi ki, silahların ötürülməsi ilə bağlı son qərar ABŞ Prezidenti Donald Trampa aiddir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!