Əsas məzmuna keç

Tramp və Karni Vaşinqtonda görüşəcək

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Vaşinqtonda Kanadanın Baş naziri Mark Karni ilə görüşməyi planlaşdırır.

“Təzadlar”ın verdiyi məlumata görə, bu barədə Kanada Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilib ki, görüşdə iqtisadi və təhlükəsizlik məsələləri müzakirə mövzusu olacaq.

Qeyd edək ki, rəsmi Ottava artıq bir neçə aydır ABŞ ilə Kanada mallarına tətbiq edilən bütün rüsumların ləğvinə yönəlmiş yeni iqtisadi və müdafiə sazişləri üzrə danışıqlar aparır, lakin bu danışıqlar dalana dirənib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…