Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp prezident Nikolas Maduronun rəhbərlik etdiyi Venesuela hakimiyyətini narkotik kartelləri ilə əlaqədə ittiham edib.
Tezadlar.az xəbər verir ki, “RİA Novosti” Amerika liderinin sözlərini sitat gətirir: “Biz Venesuelada və digər yerlərdə Maduro rejimi ilə əlaqəli kartellərdən terrorçuları partladırıq və bu, yalnız Venesuela deyil”, – deyə Ağ Ev rəhbəri Amerika Biznes Forumunda çıxış edərkən bildirib.
1 noyabrda “Washington Post” qəzeti Venesuela sahilləri yaxınlığında ABŞ hərbi mövcudluğunun artırılması barədə məlumat yayıb. Qəzetin məlumatına görə, Vaşinqton Karib dənizinə hərbi gəmilər və sualtı qayıqlar yerləşdirib və qoşunlarının sayını minlərlə artırıb. Qəzetin məlumatına görə, bu hərəkətlər Tramp administrasiyasının regionda hərbi əməliyyatları genişləndirmək planlarını göstərir.
Elə həmin gün Nikolas Maduro bildirib ki, Vaşinqton ölkəsinin resursları uğrunda müharibəyə başlamağa çalışır. O, həmçinin vurğulayıb ki, son bir neçə ayın təhdidlərinə baxmayaraq, Venesuela xalqı tab gətirə bilib.
E.ŞİRİNOV