Gözlənilmədiyi halda ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşündə Ukrayna lideri Volodimir Zelenskini hələ də diktator hesab edib-etməməsi ilə bağlı jurnalistin sualını cavablandırıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, mətbuat konfransının mətnini Reuters agentliyi yayıb. “Mən bunu demişəmmi?” deyən Tramp əvvəlki ifadələrini təkzib edib, baxmayaraq ki, müvafiq mətni olan nəşr hələ də o ifadələr Trampın “Truth” sosial şəbəkəsindəki səhifəsindən silinməyib. Hansı ki, fevralın 19-da Donald Tramp öz səhifəsində Zelenskini kəskin tənqid edib və onu “seçki keçirmək istəməyən diktator” adlandırmışdı. Ukrayna Ali Radası isə Zelenskini müharibə getdiyi səbəbindən yenidən prezidentliyini təsdiqləyib.
A.Məmmədli