Trampdan Putinə hədə: “Ukrayna münaqişəsini həll etməsə…”

Rusiya prezidenti Vladimir Putinin hikkəli davranışı artıq Trampı da hövsələdən çıxarmaqdadır. Tezadlar.az Reuters- ə istinadla xatırladır kiş ABŞ Prezidenti Donald Tramp Vladimir Putinin Ukrayna ilə bu münaqişəni həll etməsə, bu onun üçün pis hadisələrlə başa çatacağını bildirib. Sitat: “Hesab edirəm ki, o, bu müharibəni dayandırıb münaqişəyə son qoyacaq. Ancaq hər halda biz hərəkət edəcəyik. Əgər həll etmsə, bu onun üçün pis başa çatacaq”.

ABŞ Prezidenti onu da diqqətə çatdırıb ki,  Rusiya-Ukrayna münaqişəsinin həll olunmayacağı təqdirdə “Tomahawk” raketləri Kiyevə veriləcək. Tram deyib ki, lazım gələrsə, o, Putinlə bu mövzuda danışa bilər.

Qeyd: Ukrayna Prezidenti Volodimir Zelenski də Ağ Ev rəhbərinin hələ “Tomahawk”ın tədarükü ilə bağlı qərar vermədiyini bildirib. Ukrayna lideri amerikalı həmkarının qərarını gözləyir, Kiyev isə raket tədarükü üzərində çalışır. Rəsmi Moskva isə həm bu raketin tədarükündən narahatdır, həm də həm də hələ də inadkarlığından əl çəkmir. Üstəlik, indi Kubadan və digər yoxsul ölkələrdən döyüşçü axtarışındadır. Ekspertlər də hesab edir ki, bu o deməkdir ki, Rusiyada müharibəyə getməli nəsil ciddi narazılıq içindədir və vətəndaşlar müharibədə ölmək istəmir…

A.Məmmədli

Xəbəri paylaş

Xəbər lenti