Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp hesab edir ki, İran guya onun həyatı üçün təhlükə yaradır.
“İran mənim həyatımı ciddi şəkildə təhdid edir. ABŞ ordusu izləyir və gözləyir. İran artıq addımlar atıb və uğursuzluğa düçar olub, lakin yenidən cəhd edəcək”, – Tezadlar.az xəbər verir ki, o, bunu “Truth” sosial şəbəkəsində yazıb.
Respublikaçı əlavə edib ki, o, “əvvəlkilərdən daha çox insan və silahla əhatə olunub”.
Tramp həmçinin ABŞ Konqresinə onu qorumaq üçün “Məxfi Xidmət üçün əlavə vəsaiti təsdiqlədiyinə” görə təşəkkür edib.
E.ŞİRİNOV