ABŞ- ın Ukrayna siyasətində maraqlı detallar ortaya çıxmaqdadır. Belə ki, “Vaşinqtonun Kiyevlə bağlamağa ümid etdiyi faydalı qazıntılara dair saziş Ukraynadakı münaqişənin həlli prosesi ilə bağlı deyil”. Tezadlar.az CNN- ə istinadla xəbər verir ki, bunu “Fox News” telekanalının efirində Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus bildirib. “Bu ayrı bir şeydir və atəşkəs danışıqlarının bir hissəsi deyil. Bu, fəlakəti dayandıracaq razılaşmanın bir hissəsi deyil”, – deyə o vurğulayıb. O, əlavə edib ki, ABŞ prezidenti Donald Tramp sazişin gələn həftənin sonuna qədər imzalanacağını gözləyir.
Belə çıxır ki, ABŞ ın keçmiş prezidenti Bayden Ukraynanı bu müharibəyə sövq edib, indiki prezident Tramp isə Ukraynanı Rusiyanın əlindən xilas etmək barədə deyil, əksinə, əldən düşmüş Ukraynadan qazanc əldə etməyi düşünür… Siyasət budurmu görəsən?!
A.Məmmədli