Trampın xüsusi nümayəndəsinin təyyarəsi Moskvadan yola düşüb

Oxunma sayı: 55

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun olduğu güman edilən təyyarə Moskvadan havaya qalxıb.

Tezadlar.az xəbər verir ki, bunu “Flightradar” xidmətinin məlumatları sübut edir.

Uitkoff ABŞ səfirliyinin binasında bir saata yaxın vaxt keçirib və səfərindən sonra ingilis dilində təşəkkürünü bildirib.

Martın 13-də Uitkoff Moskvaya gəldi, onun təyyarəsi paytaxtın Vnukovo-2 hava limanına endi. Daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov qeyd edib ki, ABŞ nümayəndəsi bir sıra məsələlər, o cümlədən Rusiya-Amerika münasibətlərinin inkişafı üzrə danışıqlara gəlib. O, həmçinin Rusiya prezidenti Vladimir Putinlə Vitkoff arasında görüşün qapalı formatda keçiriləcəyini bildirib.

ELBAR

Xəbəri paylaş

22 Aprel