Trampın yaxın ətrafı Kiyevdə gizli görüş keçirib?

Oxunma sayı: 56

Amerika lideri Donald Trampın ətrafındakı dörd siyasətçi Ukrayna prezidenti Vladimir Zelenskinin bir sıra aparıcı siyasi opponentləri ilə gizli danışıqlar aparıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri Ali Radanın üç deputatına və ABŞ Respublikaçılar Partiyasından olan adı açıqlanmayan xarici siyasət ekspertinə istinadən yazır.

Görüşlər Kiyevdə, xüsusən də ölkənin keçmiş baş naziri Yuliya Timoşenko və Avropa Həmrəyliyi partiyasının əsas simaları ilə baş tutub.

Xəbərdə deyilir ki, Donald Trampın ətrafındakı dörd yüksək vəzifəli şəxs Kiyevdə Vladimir Zelenskinin bəzi aparıcı siyasi opponentləri ilə gizli danışıqlar aparıb.

Danışıqların mühüm mövzularından biri Ukrayna ərazisində prezident seçkilərinin məcburi keçirilməsidir. Ehtimal olunur ki, danışıqlarda iştirak edən ukraynalı siyasətçilər daha mülayimdirlər və yeni Amerika liderinin administrasiyası ilə dil tapacaqlar.

Qeyd edək ki, görüşlər Ağ Evdə Zelenski ilə Tramp arasında ictimai mübahisədən sonra baş tutub. Tərəflər Ukrayna böhranının həlli ilə bağlı razılığa gəlməyiblər. Kiyevdən gələn nümayəndə heyətinə ABŞ administrasiyası qapını göstərməli idi.

ELBAR

Xəbəri paylaş

25 Aprel